Şrift:
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 18 hərbçi həlak olub
04.05.2020 [13:13] - Gündəm, Hərb
Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində “Taliban” hərəkatının avtomobili partlatması nəticəsində azı 18 hərbçi həlak olub.

TOLO News telekanalı xəbər verir ki, güc strukturlarındakı mənbənin məlumatına görə, partlayış mayın 3-də axşam saatlarında Nəhr rayonunda törədilib. Minalanmış avtomobil Əfqanıstan milli ordusunun və milli təhlükəsizlik idarəsinin nəzarət buraxılış məntəqəsi yaxınlığında partladılıb. Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed