12.10.2012 [10:29] - İqtisadiyyat
Mütəxəssislər bunu qonşu ölkənin milli valyutasının dəyərdən düşməsi ilə əlaqələndirir
Azərbaycana gətirilən İran mallarının qiyməti ucuzlaşıb. Buna səbəb isə qonşu ölkədə baş verən güclü inflyasiya və idxal etdiyimiz məhsulların əsasən dollarla alınmasıdır. Belə ki, son aylar ərzində İranda milli valyutanın- rialın kəskin surətdə öz dəyərini itirməsi və ölkədən kənara ixrac olunan malların əsasən dollarla satılması azərbaycanlı tacirlərin də işinə yarayıb.Statistikaya görə, keçən aya nisbətən İran istehsallı ərzaq məhsullarının satışında 15- 20 % ucuzlaşma müşahidə olunur. Satıcılar arasında aparılan sorğular da göstərir ki, qiymətlərdə xeyli dəyişiklik var.İqtisadçı ekspert Samir Əliyev isə deyir ki, 2012-ci ilin son 8 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə İrandan Azərbaycana idxal 20% artdığı təqdirdə, ölkəmizdən qonşu ölkəyə ixrac 70% azalıb.İranın məzənnə mərkəzi ABŞ dollarının qiymətinin stabilləşdiyini elan edib. Ekspertlər isə hesab edir ki , Avropa Birliyinin İrana qarşı yeni sərt sanksiyalarının qəbulundan sonra vəziyyət əksinə daha da çətinləşəcək.

Bu xəbər oxucular tərəfindən 1994 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |