Şrift:
AKP-nin terrorçu kürdləri dəvət etməsinə etiraz olaraq, MHP Çöhrəqanlı, Rəbiyə Qədir və Cəmiloğlu-nu qurultayda iştirak üçün tələb etdi
12.10.2012 [10:43] - Xəbərlər, Siyasət
Xatırladaq ki AKP öz qurultayına Kürd terror ələbaşlarından olan Barazani və Fələstinli silahlı qurup Hamas başçılarından olan Xalid Məşəli öz qurultayına dəvət etmişdir. Bu olay isə muxalifətin etirazına, habelə qurultayın boykotuna nədən olmuşdur.

Bu ilin noyabrın 4-də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) X Qurultayı keçiriləcək. Partiyanın üzvləri, deputatları və məşhur simaları tədbirdə Türk Dünyasının tanınmış şəxslərinin iştirakı üçün Türkiyə hökumətinin qarşısında məsələ qaldırıb.

Onların arasında Qırğızıstan prezidenti Almazbek Atambayev, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Dərviş Əroğlu, Dünya Uyğur Konqresinin (DUK) sədri Rəbiyə Qədir, Krım türklərinin lideri Mustafa Cəmiloğlu, İraq Türkmən Cəbhəsinin sədri, Kərkük millət vəkili Ərşad Salihi, Macarıstanın Jobbik Partiyasının sədri Qabor Vona, Qərbi Trakya türklərinin lideri, mərhum Sadiq Əhmədin həyat yoldaşı İşıq Əhməd, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, doktor Mahmudəli Çöhrəqanlı, Milli Məclisin deputatı Qənirə Paşayeva və özbək general Rəşid Dostum var. Bu şəxslərin MHP-nin X Qurultayında qonaq kimi qatılmasına icazə verilməsi tələb edilir. Bu addım Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına İraq kürdlərinin lideri Məsud Bərzaninin iştirakından sonra atılıb.

Qeyd edək ki, yuxarıda adı çəkilən bəzi şəxslərin Türkiyəyə girişi qadağandır. Bunlara R. Qədir və M. Çöhrəqanlını misal göstərmək olar.

Xatırladaq ki AKP öz qurultayına Kürd terror ələbaşlarından olan Barazani və Fələstinli silahlı qurup Hamas başçılarından olan Xalid Məşəli öz qurultayına dəvət etmişdir. Bu olay isə muxalifətin etirazına, habelə qurultayın boykotuna nədən olmuşdur.
Bu xəbər oxucular tərəfindən 1658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed