Şrift:
Ukraynada koronavirusa yoluxanların sayı azalmaqdadır
05.05.2020 [11:10] - Gündəm, Sağlıq
Ukraynada son sutkada 366 nəfər koronavirusa tutulub ki, bu da ötən günlərlə müqayisədə azalma deməkdir.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 12 min 697 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusdan 13 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 316 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 1550 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed