05.05.2020 [11:44] - Gündəm, Hüquq
İranın Sistan-Bəlucistan vilayətində polisin həyata keçirdiyi əməliyyat nəticəsində 1,4 ton narkotik vasitə ələ keçirilib.
Vilayətin polis rəisi, general Məhəmməd Qəbəri xəbər verir ki, ələ keçirilən narkotik vasitənin 812 kiloqramı heroin, qala isə tiryəkdir. O bildirib ki, Sistan-Bəlucistan vilayəti Əfqanıstan ilə sərhəddə yerləşdiyinə görə qaçaqmalçılar narkotikləri qanunsuz yollarla məhz bu vilayətə gətirirlər. Buradan isə xüsusi adamlar vasitəsilə digər regionlara daşıyırlar. Polis həm sərhədə nəzarət edir, həm də narkotik vasitələrin yayılmasının qarşısını almağa çalışır.
Məhəmməd Qəbəri deyib ki, ötən il ərzində vilayətdə polis tərəfindən mindən çox xüsusi əməliyyat həyata keçirilib. Bu əməliyyatlar nəticəsində 804 ton narkotik vasitə tutularaq müsadirə olunub.

Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |