Şrift:
Ötən gün baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində səkkiz nəfər ölüb, yeddi nəfər xəsarət alıb
05.05.2020 [13:34] - Gündəm, Hüquq
Ötən gün ərzində törədilmiş 41 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində səkkiz nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed