Şrift:
İranda da 63 nəfər koronavirusdan ölüb, 1323 yeni “Covid-19” İnfeksiyasına yoluxma faktı qeydə alınıb
05.05.2020 [17:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir sutka ərzində daha 63 nəfər koronavirusdan ölüb, 1323 yeni “Covid-19” İnfeksiyasına yoluxma halı aşkar edilib.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 5-də jurnalistlərlə görüşündə koronavirus qurbanlaının yeni statistikasını açıqlayarkən məlumat yayıb.



Cahanpur deyib ki, son bir gün ərzində daha 63 nəfərin həyatını itirməsi ilə, İranda koronavirusdan ölənlərin ümumi sayı 6340 nəfərə yüksəlib: “Dünəndün bu günə qədər həmçinin 1323 yeni koronavirusa yoluxma halının aşkarlanması ilə ölkədə xəstəliyə yoluxanların ümumi sayı 99970 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 80475 nəfərə yüksəlib. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 2685 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur “Covid-19” pandemiyası qurbanlarının yeni statistikanı yayarkən bəyan edir.

Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6340 nəfərə, yoluxanların sayının isə 99970 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə koronavirusdan ölənlərin sayının 39000-i keçdiyini, 1 milyona yaxın insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed