Şrift:
Ermənistan ordusunda zabitlərin rüşvət almaları ilə əlaqədar ciddi yoxlamalar aparılır
06.05.2020 [12:45] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsindəki bölmələrdə xidmət edən zabitlərin tabeliklərindəki hərbi qulluqçulardan rüşvət tələb etmələri faktı aşkarlanıb.


Ermənistan KİV-ləri xəbər verir ki, 10-cu dağ atıcı diviziyasının qərargah rəisinin və komandirin müavininin iştirakı ilə Ağdərə hərbi polis bölməsinin əməkdaşları tərəfindən 5-ci dağ atıcı alayın ehtiyat bölmələrində, həmçinin alayın döyüş mövqelərində yoxlamalara başlanıb. Artıq 50-dən çox gizirdən, müqavilə əsasında xidmət edən hərbi qulluqçudan və əsgərlərdən izahatlar alınıb.

Təsdiq edilmiş faktlarla bağlı cinayət işi açılıb və istintaq aparılır. Bir neçə zabitin həbs ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed