Şrift:
İran futbolçusu Möhsün Bavi koronavirusdan ölüb
06.05.2020 [15:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Xuzistan əyalətində, Əhvazın “İstiqlal” Futbol Komandasının keçmiş oyunçusu, hazırda isə Karunun Kut Abdulla Şəriəti Ulduzu Futbol Komandasının üzvü Möhsün Bavi koronavirusdan ölüb.



İran saytlarının yaydığı xəbərə əsasən, “Covid-19” infeksiyasına yoluxduğu üçün bir neçə gündən bu yana həkimlərin ciddi nəzarəti altında saxlanılan gənc futbolçu, mayın 5-də müalicə aldığı xəstəxanada keçinib.



İranda koronavirusdan ölən ilk futbolçu olduğu bildirilən Möhsün Bavinin “Covid-19” virusuna necə və konkret nə vaxt yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed