Şrift:
İranda daha 78 nəfərin həyatını itirməsi ilə koronavirusdan ölənlərin sayı 6418 nəfərə yüksəlib
06.05.2020 [15:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 6-da mediaya açıqlamasında koronavirus qurbanlaının son statistikasını açıqlayıb.



Ölkədə pandemiyanın yüksək templə davam etdiyini bildirən Cahanpur deyib ki, son bir gün ərzində İranda daha 78 nəfər koronavirusdan ölüb, 1680 yeni “Covid-19” xəstəliyinə yoluxma halı aşkar edilib: “Buunla da, dünəndən bu günə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6418 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 101 min 650 nəfərə çatıb.



Xoşbəxtlikdən infeksiyadan tam sağalıb evə buraxılanların sayı da artaraq, 81 min 587 nəfərə yüksəlib. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan və xüsusu rejimli xəstəxanalarda müalicə alan 2735 xəstənin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur “Covid-19” pandemiyası qurbanlarının yeni statistikanı yayarkən bildirib.


Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6418 nəfərə, yoluxanların ümumi sayının isə 101 min 650 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 40000-i keçdiyini, 1 milyondan çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed