07.05.2020 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Koronavirusla Mübarizə üzrə Qərargahının komandanı Əlirza Zali əhaliyə müraciət edib.
O bildirib ki, paytaxtda koronavirus tüğyan etdiyindən və müsbətə doğru heç bir dəyişiklik baş vermədiyindən, həssas qruplar evdən çıxmamağa çalışmalıdır.
Zali həmçinin bəzi iş yerlərində işçilərin sayının yüksək olması səbəbindən karantin qaydalarına riayət etməyin mümkün olmadığını deyərək, dövlətin onların müvəqqəti olaraq bağlanıb- bağlanmaması ilə bağlı yeni qərar qəbul etməsinin zəruri olduğunu qeyd edib.
Xatırladaq ki, aprel ayının ortalarından koronavirusun hələ də ölkədə tam aradan qalxmamasına baxmayaraq, İran hökuməti bir çox iş yerlərinin yenidən açılması və karantin qaydalarının yumşaldılmasına qərar verib. Rejim buna səbəb kimi iqtisadi tənəzzülü göstərib.
Əlirza Zali sonda paytaxtın koronavirusun ən geniş yayılmış bölgələrdən biri olduğunu əsas gətirərək, burada karantin rejiminin yumşaldılmasını doğru addım hesab etmədiyini deyib.

Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |