07.05.2020 [12:19] - Gündəm, Sağlıq
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 49 nəfər artaraq 2266-ya çatıb.
Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu günədək 1577 xəstə sağalıb, 679 nəfər müxtəlif xəstəxanalarda müalicə alır,10 nəfər həyatını itirib.
Nazirliyin məlumatında bildirilir ki, Özbəkistanda koronavirusla bağlı zonalar üzrə qırmızı, sarı və yaşıl rəngli bölgü aparılıb.
Ölkənin səkkiz regionu - Qaraqalpaqstan Respublikası, Əndican, Namanqan, Fərqanə, Səmərqənd, Buxara, Sırdərya və Daşkənd vilayətləri qırmızı rəngə aid edilib. Bu da koronavirus riskinin yüksək olduğu məkanlar sayılır.
Surxandərya və Xarəzm vilayətləri, həmçinin Daşkənd şəhəri sarı rəngə aid edilib. Bu, koronavirus təhlükəsinin orta səviyyədə olduğunu xəbər verir.
Nəvai, Qaşqadərya və Cizzak vilayətlərində təhlükə aşağı səviyyədə olduğundan yaşıl rəngə aid olunub.
Sarı və yaşıl rəngdə olan regionlarda ticarət kompleksləri, taksi xidmətləri, bərbərxanalar, gözəllik salonları mayın 8-dən fəaliyyətlərini bərpa edəcək.
Özbəkistanda karantin rejimi mayın 10-dək qüvvədədir.

Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |