07.05.2020 [13:33] - Gündəm, Hadisə
Hindistanın Andhra-Pradeş ştatındakı Vişakhapatnam şəhərində yerləşən kimya zavodundan qaz sızması nəticəsində azı 10 nəfər həlak olub, 5 minə yaxın insan isə xəsarət alıb. Ölənlərin arasında səkkiz yaşlı uşaq da var.
“Times of India” qəzeti xəbər verir ki, qaz sızması yerli vaxtla saat 03:00-da “LG Polymers” zavodunda baş verib. İnsidentdən sonra yüzlərlə insan nəfəs darlığı və bədən səpkiləri şikayətləri ilə xəstəxanalara müraciət edib.
Hazırda hadisənin baş verdiyi ərazidə xilasedicilər işləyir. Eyni zamanda, şəhərin bəzi rayonlarının və yaxın kəndlərin əhalisinin təxliyəsi başlanıb.
Andhra-Pradeş ştatının Sənaye naziri Mekapati Qutam Reddi hadisə ilə bağlı kompaniyanın məsuliyyət daşıyacağını və cinayət işinin açılacağını bildirib.
Qeyd edək ki, 1984-cü ildə Hindistanda tarixin ən böyük texnogen faciəsi baş verib. O vaxt Bhopal şəhərində “Union Carbide” müəssisəsindən xlor və azot birləşmələrinin sızması nəticəsində 15 min insan həlak olmuş, 500 min insan zəhərlənmişdi.

Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |