12.10.2012 [11:36] - Güney Azərbaycan xəbərləri
Dörd ay bundan oncə zindandan azadliga buraxilmiş milli fəal Məcid Xoşəxtər “Amerikanın Səsi”nə müsahibədə Təbriz həbsxanasında üzləşdiyi şərait haqda danışıb.
Hazırda Türkiyədə siyasi sığınacaq tapmış cənab Xoşəxtər İranın ali dini lideri Əli Xameneyi əleyhinə məqalə yazmaqda və İran dövlətin qarşı təbliğat aparmaqda ittiham olunmuşdu.
İlk öncə İranın xüsusi xidmət orqanı olan ETTELAATda, daha sonra isə Təbriz məhbəsində doqquz ay qalmış milli fəal İran Azərbaycanında həbs olunan siyasi xadimlərin “cismi və ruhi işgəncələrə” məruz qaldığını deyir.
"Ailəmin qarşısında məni həbs edərkən təhqir etdilər, vurdular. Ondan sonra Ettealat idarəsində də məni xeyli döydülər. Adətən gözübağlı şəkildə dindirilir, arxadan, bədənin müxtəlif nahiyələrindən vurulurdum,” deyə Xoşəxtər İslam Cümhuriyyətində həbs prosesini izah edir.
Onun sözlərinə görə siyasi məhbuslar bir qayda olaraq narkomanlarla bir kameraya qoyulur və burada ikən onlar müxtəlif xəstəliklərə yoluxmaq təhlükəsi ilə üzləşirlər.
“Acınacaqlı həbsxana şəraitində hər 50 adama 1 natəmiz ayaqyolu düşür. Yemək yeyiləsi deyil. Həbsxana müdirləri restoran işlədir və məhsbuları öz restoranlarından yemək sifariş etməyə məcbur edirlər,” deyə Məcud Xoşəxtər bildirir.
Qaynaq: http://www.amerikaninsesi.org/content/majid-khoshakhtar/1523998.html

Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |