07.05.2020 [15:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
May 9 tarixindən etibarən Təbrizdə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin qoruyucu maska taxması məcburi olacaq.
Bu barədə məlumat yayan Təbriz şəhərinin meri(fərmandarı) Behruz Məhdəvi bildirib ki, tibbi maska taxmayanların ictimai nəqliyyat vasitələrindən istifadə etməsinə icazə verilməyəcək.
O əlavə edib ki, maskasız sərnişin mindirən avtobus və taksi sürücüləri cəzalandırılacaq.
Məhdəvi həmçinin Sənaye, Mədən və Ticarət İdarəsindən də ticarət obyektlərində çalışanların maska taxmasının məcburi olması ilə bağlı məlumatlandırılmasını istəyib.
Məlumata görə, şənbə günündən etibarən maska taxmayan vətəndaşların metroya daxil olmasına icazə verilməyəcək. Təbrizin tarixi bazarı və metro stansiyalarının girişində, eləcə də avtobus dayanacaqlarında təsdiqlənmiş qiymətə standart maskaların satılması haqqında qərar verilib.

Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |