07.05.2020 [15:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Əhvaz şəhərinin Razi xəstəxanasının rəisi Fərhəng Kərəbəndi mayın 6-da dövlət televiziyasına müsahibəsində Xuzistan əyalətində koronavorusla bağlı vəziyyətin faciə həddinə çatması barədə xəbərdarlıq edib.
O bildirib ki, “Covid-19” infeksiyası yüksək sürətlə Xuzistan əyalətinin bütün bölgələrini bürüməkdədir: “Koronavirusla bağlı vəziyyət heç vaxt indiki qədər ağır və təhlükəli olmayıb. Vəziyyət o qədər çətin və ağırdır ki, koronavirus şübhəsi ilə Razi xəstəxanasına müraciət edən hər iki xəstədən birisi xəstəxanada qalmalı olur. Daha doğrusu, misal üçün əgər hər gün 100 nəfər bizə müraciət edirsə, onlardan 50-si xəstəxanaya qəbul edilərək onların müalicəsinə başlanılır.
Təəssüflər olsun ki, insanlar xəstəliyin nəzarətdə saxlanılması üçün qoyulan qadağa və məhdudiyyətlərə əməl etmədiklərinə görə vəziyyət bu yerə gəlib çatıb. Xəstəxanaya müraciət edənlərin əksəriyyəti isə şəkər xəstəsi olan və ya əvəlcədən başqa bir xəstəliyi olan yaşlı insanlardır.
Bir daha insanlara xəbərdarlıq edərək bildirirəm ki, “Covid-19” virusu çox vəhşi və qorxunc bir xəstəlikdir və bu infeksiya təəssüflər olsun ki, hazırda yüksək templə Xuzistan əyalətinin hər yerinə yayılmaqdadır. Baxmayaraq ki, Razi xəstəxanasının tibbi personalı səhər-axşam bütün var gücləri və imkanları ilə xəstələrə xidmət edirlər, yenə çatdırmaq olmur. Durum yenə ağırdır və vəziyyət gündən-günə daha böhranlı olmağa doğru gedir” -deyə, Əhvazın Razi xəstəxanasının rəisi Fərhəng Kərəbəndi dövlət televiziyasına müsahibəsində bildirib.

Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |