Şrift:
İranda daha 68 nəfər koronavirusdan ölüb, 1485 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb
07.05.2020 [15:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 68 nəfər koronavirusdan ölüb, 1485 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında koronavirusla bağlı yeni statistikanı açıqlayarkən məlumat yayıb.



Cahanpur deyib ki, son bir sutka ərzində daha 68 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin ümumi sayı 6486 nəfərə yüksəlib: “Həmçinin dünəndən bu günə qədər ölkədə “Covid-19” infeksiyasına yoluxanların ümumi sayı 103 min 135 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 82 min 744 nəfərə yüksəlib. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan və xüsusu rejimli xəstəxanalarda müalicə alan xəstələrdən 2728 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur “Covid-19” pandemiyası qurbanlarının yeni statistikanı yayarkən bəyan edib.


Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6486 nəfərə, yoluxanların sayının isə 103 min 135 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 40000-i keçdiyini, 1 milyondan çox insanın isə virusa yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed