08.05.2020 [09:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Əldə edilən uğur birbaşa olaraq, prezident İlham Əliyevin verdiyi qərarların və qabaqlayıcı tədbirlərin vaxtında görülməsinin nəticəsi idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda koronavirus əleyhinə həyata keçirilən tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dünya ölkələri tərəfindən yüksək qiymətləndirilməsini, eyni zamanda, qazanılan təcrübədən yararlanmalarına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib.
Fərəc Quliyevin sözlərinə görə, böyük dövlətlərin koronavirus qarşısında aciz qaldıqları halda, Azərbaycanın bu sahədə ciddi uğurlar qazanması dünya ölkələrini yaxşı mənada təəccübləndirib:
“Bu, Azərbaycanın gördüyü tədbirlərə verlən qiymətdən başqa, həm də dünyanı təhdid edən virusa qarşı bütün ölkələrin götürə biləcəyi nümunə idi. Çünki qlobal pandemiya bütün bəşəriyyəti təhdid edirdi və məsələyə lokal yanaşmaq imkan xaricində idi.
Bu, virusun bir ərazidə qarşısının alınması və orada yaşayan insanların qorunması, həm də digər ərazilərə yayılmasının qarşısının alınması baxımından, əhəmiyyətlidir. Postpandemiya dövrünə yönəlik indidən hazırlıqların görülməsi və tezliklə bu bəladan qurtulmaq üçün təcrübənin geniş tətbiq olunması üçün də bu məsələlərin geniş tərkibdə müzakirəyə çıxarılması zəruri idi.
Ən önəmlisi isə odur ki, böyük və güclü dövlətlərdə çaşqınlıq yaranmışdı və bu səbəbdən də onlar pandemiyaya qarşı mübarizədə gözlənilən nəticəni əldə edə bilməmişdilər. Bu çarəsizlik əlbəttə ki, bütün dünyada təəccüb doğurmuşdu.
Amma Azərbaycan özünün mövcud imkanlarından səmərəli istifadə etməklə mühüm nətuicələrə imza atdı və ölkəmizin bu uğuru digər dövlətləri yaxşı mənada təəccübləndirdi. Başqa sözlə, Azərbaycan koronavirusun yayılmağa başladığı ilk günlərdən etibarən, imkanlarını tam səfərbər etdi və ardıcıl tədbirlər həyata keçirdi.
Bu uğur birbaşa olaraq İlham Əliyevin verdiyi qərarların, qabaqlayıcı tədbirlərin vaxtında görülməsinin, səhiyyə sisteminin mobil şəkildə çalışmasının, Operativ Qərargahın işinin, cəmiyyət və iqtidar arasında olan birliyin təmin olunmasının, üstəlik işsizlərə verilən vəsaitlər və əhali ilə ahəngdar işin qurulmasının nəticəsi idi.
Təbii ki, bu fəaliyyət dünya ictimaiyyətini, o cümlədən, Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatına üzv ölkələri ciddi şəkildə maraqlandırdı. Ona görə də, Qoşulmama Hərəkatına üzv ölkələr, Ümumdünya Səhiyyə Təşkilatı və başqa dövlətlər Azərbaycanın koronavirusla mübarizəsini yüksək qiymətləndirirlər”.

Aqil Bəkir
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |