12.10.2012 [12:16] - Müsahibə
Vüqar Abbasov: «Azərbaycanın heç bir etnik problemi yoxdur, hər bir millət burda özünü rahat hiss edir»
Təbriz Səmədbəyli: «Təəssüflər olsun ki, xarici qüvvələr istəyirlər ki, Azərbaycanda iğtişaş salsınlar»
Kamil Həsənov: «Azərbaycanda xalqlar arasında təfriqə yaratmaq niyyətini güdənlər heç vaxt istəklərinə nail ola bilməyəcəklər»
Azərbaycanın bir dövlət kimi mövcudluğundan daim narahatlıq keçirən İran hər zaman ölkəmizdəki azsaylı xalqlarla bağlı problemlər yaratmağa cəhdlər göstərib. Lakin fars-molla rejiminin bu istiqamətdəki cəhdləri həmişə uğursuzluğa düçar olub. İranda, Rusiyada və Ermənistanda keçirilən tədbirlərdə dəfələrlə Azərbaycanda bu sahədə vəziyyətin dözülməz olduğu barədə sərsəm bəyanatlar verilib.
İran daha çox «talışların hüquqlarının pozulduğu və hətta onlara muxtariyyətin verilməsinin labüdlüyü» barədə cəfəngiyyatlar irəli sürür. Ölkəmizə qarşı bu kimi təxribatçı fikirlər İranın telekanalları vasitəsilə aparılan məkrli təbliğatlarda da yer alır. «Səhər» telekanalının efirinə yol tapan cəfəngiyyatlar yəqin, çoxlarımızın yadındadır.
Belə təxribat ruporlarının sırasına birisi də əlavə olunub. İranın «TV İran Aryaee» adlı telekanalı da bu missiyaya cəlb olunub. «Talışlar Bakının şovinist rejiminin təsiri altındadırlar» adlı bütöv bir verilişini Azərbaycanda yaşayan talışlara həsr etmiş telekanalın açıq təfriqə yaratmağa yönələn təbliğat apardığı nəzərlərdən yayınmır.
Telekanal bildirir ki, etnik azlıq olan talışlar nəinki İranda, habelə «pantürkist rejimin hökm sürdüyü Arazın o tayında» da yaşayırlar. Proqrama qonaq kimi qatılan, 1993-1996-cı illərdə separatizmin üzdəniraq simalarından bir kimi tanınan Hammetzadə iddia edib ki, Azərbaycanda milli azlıqlara guya heç bir diqqət ayrılmır. Daha bir ilginc məqam aparıcı tərəfindən tarixin saxtalaşdırılmasına yönələn fikirlərin irəli sürülməsidir: «Biz iranlılar Qafqaz, onun tarixi faktları, İranın Fətəli şahın hakimiyyəti dövründə necə güclü olması haqqında çox az məlumatlayıq. Biz bilmirdik ki, Aranda (Azərbaycan nəzərdə tutulur) yaşayan çeçenlər, talışlar və avarlar iranlılardır. Əgər qədim yunan və Romanın tarixi mənbələrini araşdırsaq, II Kirə (Əhəmənilər dövlətinin hökmdarı) həsr olunmuş bölmələrdə görərik ki, həmin dövrdə talışlar şahənşahın əmri ilə cuşa gələrək ordu marşı ifa ediblər».
Aparıcı həyasızcasına iddia edib ki, Azərbaycanda talışlar guya soyqırıma məruz qalıblar. Daha bir maraqlı məqam isə onun verilişdə küt beyinin məhsulu olan «bakılılar» adı altında bir millətin mövcudluğu barədə fikrini tamaşaçıya sırımaq cəhdidir: «Qafqaz İranın nəzarəti altında olanda ermənilər, gürcülər, talışlar və bakılılar arasında heç bir problem yaşanmırdı. Tarixdə türkdilli əhalinin Qafqazda yaşamasına dair heç bir fakt yoxdur. Bunlar hamısı yalandır. Onlar gəlmədirlər. Nadir şahın hakimiyyəti illərində Qafqazın əhalisi olan ermənilər və gürcülər sülh şəraitində yaşayırdılar. Sonrakı tarixi mərhələlərdə biz Azərbaycanın Ankarada hazırlanmış layihəyə uyğun olaraq talışlara qarşı repressiyalar etdiyinin şahidi olduq. Ona görə ki, onlar iranlılardır. Bu siyasət 1991-ci ildən aparılır. Azərbaycanda talış dilində danışmaq ölümə bərabərdir. Azərbaycanda 2 milyon talış yaşayır. Onlar əsasən Lənkəran və Astarada məskunlaşıblar. Öz dillərində danışmaqdan məhrum vəziyyətdə ömür sürürlər».
İrandakı talışların nümayəndəsi Əli Əbdüli isə Azərbaycanda talışların guya ağır vəziyyətdə yaşadığını iddia edib. Qeyd edək ki, o, İrəvanda keçirilən «Qafqaz-Xəzər regionunun yerli xalqları» mövzusunda konfransın iştirakçısıdır. Onun dedikləri konspeksiyanın Ermənistanın xüsusi xidmət orqanlarında hazırlandığına dəlalət edir. Erməni mətbuatına müsahibəsində Əli Əbdüli Azərbaycanda yaşayan talışların SSRİ dağıldıqdan sonra muxtariyyət əldə etməyə çalışdığını bildirib: «Mən elm və mədəniyyət nümayəndəsi kimi siyasi qiymət vermək istəmirəm. Amma Azərbaycanda talışlara qarşı münasibət məni narahat edir».
Hətta Azərbaycanda talışların fiziki cəhətdən məhv edildiyi, həbs olunduğunu iddia edən İran təmsilçisi ölkəsində talışlara qarşı fərqli münasibətin olduğunu deyib.
Politoloq Vüqar Abbasov da hesab edir ki, bu adam İrəvanda belə çıxış edibsə əlavə şərhə ehtiyac yoxdur: «İrəvana gedib başqa nə deyəcəkdi ki? Azərbaycanda yaşayan istər türklər, istər talışlar, yaxud da digər xalqların nümayəndələri kimin harda nə deməsinin fərqindədirlər. Azərbaycanın heç bir etnik problemi yoxdur, hər bir millət burda özünü rahat hiss edir. Əgər ölkədə hər hansı problem varsa, bunu ayrı-ayrı etniklərlə əlaqələndirmək ancaq düşmənçilikdir. Əgər söhbət konkret olaraq talışlardan gedirsə, mən onlarla bağlı heç bir ayrı-seçkilik müşahidə etməmişəm. Bəzən bu və yaxud digər buna oxşar bəyanatlar səsləndirlər. Bu cür fikirlər bir qayda olaraq bizə dost olmayan ölkələrdə, hətta düşmən ölkə olan Ermənistanda səslənir. Əminəm ki, talışlar onun kimi düşünmürlər və belə cəfəngiyyatları qınayırlar. Azərbaycanda bizlər o qədər bir-birimizə qatışmışıq ki, kimlərsə özünə əziyyət verib parçalanma salmağa çalışmasın, cəhdləri hədər gedəcək. Dediklərimi oxuyan mənim talış dostlarım da bunu təsdiq edə bilər».
Politoloq Təbriz Səmədbəyli isə düşünür ki, Azərbaycanda yaşayan müxtəlif etnik qruplar arasında heç bir ayrılıq yoxdur: «Bu etnik qruplar ölkəmizin rəngarəngliyini artırır. Təəssüflər olsun ki, xarici qüvvələr istəyirlər ki, Azərbaycanda iğtişaş salsınlar. Digər tərəfdən isə İran vətəndaşları Türkiyədə təhsil alırlar. Onlara talışların türk mənşəli olduqları və Talas dağlarından Azərbaycana köçdükləri izah edilir. Əlbəttə ki, İranda da talışlar olduğu üçün oradakı rejim bundan narahatlıq keçirir. Digər tərəfdən isə ABŞ-nın İranla bağlı strategiyası məlumdur. Azərbaycan hakimiyyətinin İsraillə yaxın münasibətləri də Tehranı qıcıqlandırır. Buna görə də daxili problemlərdən xilas ola bilməməyimiz İran üçün əlverişlidir. Gec-tez iki yerə parçalanmış Azərbaycanın birləşəcəyi şübhəsizdir».
«Ronahi» Kürd Mədəniyyəti mərkəzinin rəhbəri Kamil Həsənov isə bildirib ki, Azərbaycanda heç bir azsaylı xaqın, o cümlədən talışların hüquqları pozulmur: «Talışların burada mədəniyyət mərkəzləri varsa, qəzetləri fəaliyyət göstərirsə, radioda verilişləri açılıbsa bu onların hüquqlarının pozulduğu deməkdir? Azərbaycanda xalqlar arasında təfriqə yaratmaq niyyətini güdənlər heç vaxt istəklərinə nail ola bilməyəcəklər».
Cavid

Bu xəbər oxucular tərəfindən 1419 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |