Şrift:
Urmiya sərbəst güləş üzrə beynəlxalq yarışlara ev sahibliyi edəcək
08.05.2020 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiya şəhəri böyüklər arasında sərbəst güləş üzrə dünya klubları kuboku yarışlarına ev sahibliyi edəcək.




Bu barədə məlumat verən Qərbi Azərbaycanın Güləş Federasiyasının rəhbəri Səid Xoşbəxt bildirib ki, böyüklər arasında sərbəst güləş üzrə 7-ci klublar kuboku yarışları payızda Urmiyanın 6 min nəfərlik “Durnalar yuvası (Qədir)” stadionunda keçiriləcək.





Yarışlarda Qərbi Azərbaycanı təmsil edən bir komandanın iştirakı da gözlənilir.





Durnalar Yuvası Urmiyanın “Şəhrdari” voleybol komandasının məşq etdiyi, eləcə də rəsmi oyunlarda ev sahibi olduğu zaman yarışların keçirildiyi stadiondur.





2010-cu il Kişilər üzrə Asiya Voleybol çempionatı Urmiyanın həmin arenasında keçirilmişdi. Həmçinin Urmiya şəhəri 2019-cu il kişilərin voleybol üzrə millətlər liqası çempionatı oyunlarına ev sahibliyi etmişdi.





Bunlardan əlavə 2012-ci il Qərbi Asiya Futbol çempionatı və 2012-ci il azyaşlı kişilərin voleybol üzrə Asiya çempionatı da Urmiya şəhərində təşkil edilmişdi.
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed