Şrift:
Behruz Fəridi həbs olunub
12.10.2012 [14:32] - Güney Azərbaycan xəbərləri
Təbriz Azad Universitetinin tələbəsi Behruz Fəridi həbs olunub. Milli fəal barəsində çıxarılmış birillik həbs cəzasını çəkmək üçün Təbriz mərkəzi həbsxanasının karantin bölümünə salınıb. Qeyd edək ki, Behruz Fəridi 2011-ci il noyabrın 3-də öz həyat yoldaşı Leyla Behruz və tələbə fəallar Arəş və Siyavuş Məhəmmədi ilə birlikdə həbs olunub. «Ettelaat»ın Təbriz şöbəsinə aparılan azərbaycanlı fəal 2012-ci il yanvarın 7-də 40 milyon tümən mülk girovu qarşılığında Təbriz zindanından azadlığa buraxılıb. Daha sonra Təbriz İnqilab Məhkəməsinin qərarıyla Behruz Fəridi bir il azadlıqdan məhrum edilib.
Bu xəbər oxucular tərəfindən 1272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed