09.05.2020 [13:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Mərkəzi əyalətində baş vermiş avtomobil qəzasında 5 nəfər həlak olub
Hadisə, mayın 7-si axşam saatlarında Ərak-Fərahan magistral yolunda, Hürrabad kəndinin yaxınlığında baş verib. Yüksək sürətlə hərəkətdə olan “Prayd” tipli minik avtomobili qarşıdan gələn “Peykan” tipli avtomobillə toqquşub. Toqquşma nəticəsində “Prayd” avtomobilinin 4 sərnişini, “Peykan” avtomobilinin isə sürücüsü yerindəcə həlak olub.
Mərkəzi əyalətin yol polisinin rəisi mediaya açıqlamasında qəzanın səbəbini hər iki avtomobil sürücüsünün yol-nəqliyyat qaydalarına riayət etməməsi ilə əlaqələndirib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən yol-nəqliyyat hadisələrində ən azı 28 minə yaxın insan həyatını itirir.

Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |