09.05.2020 [13:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran sərhədçilərinin Əfqan miqrantları boğlmaqla bağlı reaksiyalar
Əfqanıstanın Müstəqil İnsan Hüquqları Komissiyası şahidlərin dediklərinə əsasən, İran sərhədçiləri ötən cümə axşamı günü İran sərhədlərinə girən 50-dən çox qanunsuz əfqan miqrantı sərhəddəki çaya girməyə məcbur edib.
Əfqanıstan hökuməti bu günə qədər 16 cəsədin tapıldığını, 20-dən çox miqrantın itkin olduğunu və 16 nəfərin xilas edildiyini bildirib.
Qəzadan sağ çıxanların dediyinə görə, İran sərhədçiləri cümə günü günorta saatlarına qədər bu əfqan miqrantları döyərək və çılpaq edərək onları ağır iş görməyə məcbur ediblər. İran sərhədçiləri daha sonra bu kişiləri Hərirud Çayı yaxınlığındakı əraziyə apararaq və onlara atəş açaraq mühacirləri özlərini suya atmağa və çayın qarşı tərəfində yerləşən Əfqanıstana keçməyə məcbur ediblər.
İran sərhədçilərinin bu vəhşi hərəkəti Əfqanıstanda və beynəlxalq səviyyədə müxtəlif reaksiyalara səbəb oldu. Əfqanıstan prezidentinin sözçüsü Sədiq Sədiqi İran sərhədində Əfqan vətəndaşlarının öldürülməsini "qəddar və qeyri-insani hərəkət və bağışlanmaz bir cinayət" olaraq adlandırdı. Əfqanıstan Milli Təhlükəsizlik Müşaviri Hənif Ətmər, əfqan xalqını bu məsələni "bütün diplomatik yollarla" davam etdirəcəyinə inandırdı. Əfqanıstan Respublikasının birinci vitse-prezidenti Əmrullah Saleh də bir Facebook mesajında İranlı şair Sədi'nin məzarında titrədiyini və insanlıq haqda yazdığı şeirindən peşman olduğunu söylədi. Taliban qrupu da İran sərhədçilərinin gördüklərini "qəddarlıq" olaraq adlandırdı və İran hökumətini əfqan qaçqınlarla düzgün münasibət göstərməyə və onlara İslam mərhəmət, qardaşlıq və yaxşı qonşuluq prinsipləri ilə yanaşmağa çağırdı.
Avropa Birliyi bu məsələnin gün işığına çıxmasını istəyərək məsələ ilə bağlı araşdırma aparmağa çağırdı. ABŞ dövlət katibi Mayk Pompeo da İran sərhədçiləri tərəfindən Əfqanıstan vətəndaşlarının işgəncə və boğulma xəbərlərindən təəccübləndiyini söylədi. "Yemək və iş tapmaq üçün sərhədi keçən Əfqanıstanlı mühacirlərin İran sərhədçiləri tərəfindən işgəncə və boğulma xəbərlərini görəndə şok oldum" dedi. O, həm də bu olaylarla bağlı tam istintaqa çağırdı.

Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |