Şrift:
Tokionun şimal-şərqində 5,5 bal gücündə zəlzələ olub
11.05.2020 [09:38] - Gündəm, Hadisə
Mayın 11-də səhər saatlarında Tokionun şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, yerli vaxtla saat 8:58 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri İbaraki prefekturasının sahillərində, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Yeraltı təkanlar Tokio ilə yanaşı, Çiba, Fukuşima və Saytama prefekturalarında da hiss olunub.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed