Şrift:
Xalxalda nəsli kəsilməkdə olan bəbir göründü
11.05.2020 [09:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil Əyalətinin Xalxal bölgəsində nəsli kəsilmək təhlükəsi qarşısında olan bəbir müşahidə olunub.





Bu barədə Ərdəbil əyalətinin Ətraf Mühitin Mühafizəsi idarəsinin rəisi Səid Şəhənd məlumat verib.





Onun sözlərinə görə, yerli sakinlərdən biri nadir heyvanlardan olan bəbiri Xalxal Təbiət Qoruğunda müşahidə edib və şəkilini çəkib.



Şəhənd əlavə edib ki, ötən illərdə də Ətraf Mühitin Mühafizəsi İdarəsinin qoruqçuları bir neçə dəfə həmin heyvanın fotoşəkillərini çəkməyə müvəffəq olublar.



O, həmçinin bəbirlərin doğub törəmə mövsümündə olduğunu xatırladaraq əhalini nəqliyyat vasitələri ilə həmin ərazidən keçərkən ehtiyatlı davranmağa və Ətraf Mühitin Mühafizəsi İdarəsinin qoruqçuları ilə əməkdaşlığa çağırdı.





Ağdağ dövlət təbiət qoruğu 2010-cu ildə 88 min hektar ərazidə Xalxalın cənub şərqində yerləşən Ağdağın təbii kompleksini, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və floranı qorumaq məqsədilə yaradılıb.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed