Şrift:
Pompeo: “Dünya birliyi İran rejiminin təhdidlərinin qarşısını almaq üçün bizə qoşulmalıdır”
11.05.2020 [09:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo mayın 9-da bəyanat yayaraq, İran rejiminin regiona qarşı təhdidlərindən və onun qarşısının alınmasının vacibliyindən danışıb.



ABŞ prezidenti Donald Trampın iki il əvvəl ölkəsini İranla imzalanmı nüvə sazişindən çıxarması ilə bağlı qərarını yüksək qiymətləndirən Pompeo deyib ki, Vaşinqtonun belə bir addım atması dünyanı İran rejiminin nüvə təhdid və zorakılığından qorumaq üçün vacib idi.



Pompeo həmçinin Amerika və müttəfiqlərinin nasist Almaniyasına qarşı apardığı birgə mübarizəsinə və onların faşizm üzərindəki qələbəsinin 75-ci ildönümünə toxunaraq, dünya birliyini İranın regiona qarşı təhdidlərini dayandırmaq üçün səfərbər olmağa çağırıb: “Bu gün biz daha azğın bir rejimin regional sülhə qarşı təhdidi ilə üz-üzə qalmışıq. Hesab edirik ki, beynəlxalq birlik dünyanın 1 nömrəli anti-semitist rejimini dayandırmaq üçün bizə qoşulmalıdır” -deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo əlavə edib.
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed