Şrift:
Odabaşılar Təbriz bazarına qayıdır
11.05.2020 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin tarixi Bazarında odabaşıların fəaliyyəti yenidən bərpa olunacaq.





Bu barədə Şərqi Azərbaycan əyalətinin Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatının baş direktoru Əhməd Həmzəzadə məlumat verib.





Onun sözlərinə görə, bazarın Qəyyumlar Şurası ilə koordinasiyaya əsasən tarixi bazarı hər tərəfli qorumaq məqsədi ilə odabaşılar timçələr, saraylar və dalanlarda yenidən fəaliyyət göstərəcək.





“Bununla yanaşı polisin əməkdaşlığı ilə bazarın damında da gecə növbətçiləri yerləşdiriləcək” – deyə Həmzəzadə artırıb.





O həmçinin bildirib ki, yanğın hadisələrinin ən qısa zamanda qarşısını almaq məqsədi ilə Təbriz Bələdiyyə İdarəsinin güvənlik və yanğınsöndürmə xidmətinin təklifinə əsasən Bazarın müxtəlif yerlərində sabit yanğınsöndürmə məntəqələri yaradılacaq.





Yaxın keçmişdə Təbriz bazarının qorunması odabaşının öhdəsinə düşürdü. Gecələr qapılar bağlandıqdan sonra odabaşı adlı işçilər bazarın müxtəlif yerlərində qarovulda dayanıb keşik çəkirdilər.





Qeyd edək ki, ötən illərdə sözügedən bazarda vaxtaşırı yanğın baş verib və tarixi abidəyə ciddi ziyanlar vurub.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed