11.05.2020 [14:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın etnik ərəblər yaşayan bölgəsi olan Xuzistanda son bir ay ərzində koronavirusa yoluxma halları 200% artıb.
Bu barədə ötən gün çıxış etdiyi televiziya proqramında məlumat verən Xuzistan valisi Qulamrza Şəriəti koronavirusa yoluxan və ya xəstəlikdən ölənlərlə bağlı dəqiq statistikanı açıqlamayıb. O, həmçinin infeksiyaya yoluxma səbəbindən xəstəxanalara yerləşdirilmiş vətəndaşların sayının da 60% artdığını qeyd edib.
Qulamrza Şəriəti infeksiyanın yayılmasının qarşısının alınması üçün əyalətin 9 şəhərində xüsusi karantin rejiminin tətbiq edildiyini bəyan etməsinə baxmayaraq, hələlik şəhərlərə giriş- çıxışa qadağa tətbiq edilməsinə "lüzum olmadığını" iddia edib.
O, sonda koronavirusun əyalət şəhərlərinin kasıblar yaşayan kənar bölgələrində daha çox yayıldığını bildirib.
Bununla belə, dünən Abadanın icra hakimi Zeynalabdin Musavi şəhərin tamamilə karantinə alındığını, yaxınlarda isə şəhərdə giriş- çıxışa da qadağa qoyulacağını demişdi.
Digər tərəfdən, Xuzistanın Həbsxanalarla İş üzrə Baş İdarəsinin yaydığı məlumatda, əyalət həbsxanalarında çoxlu sayda məhkumun koronavirus testinin müsbət çıxdığı deyilir.
Qeyd etmək lazımdır ki, son günlər ərzində yayılan xəbərlərdə Xuzistanda gündəlik koronavirusa yoluxan insanların sayının orta hesabla 300 nəfərdən yüksək olduğu bildirilir.

Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |