Şrift:
ABŞ Tehranda "virtual səfirlik" açır
27.10.2011 [13:23] - Gündəm
ABŞ bu ilin sonuna kimi internet vasitəsilə Tehranda "virtual səfirlik" yaratmaq niyyətindədir. Bu barədə məlumatı ABŞ-ın dövlət katibi Hillari Klinton “Amerikanın səsi” radiostansiyasının İran bürosuna açıqlamasında deyib. Onun sözlərinə görə, Vaşinqton əmindir ki, İran tərəfi öz vətəndaşlarının internetə çıxışını məhdudlaşdırır və bir növ onların qarşısına “elektron pərdə” qoyur: “Öz növbəsində ABŞ isə buna imkan verməməyə cəhd göstərir, texnologiyalar təqdim edir, mütəxəssislər hazırlayır ki, İran əhalisinin qlobal şəbəkəyə daxil olmalarına və digər müasir telekommunikasiya texnologiyalarından istifadə etmələrinə şans yaransın və onlar məhdudiyyətləri aradan qaldıra bilsinlər”.

O qeyd edib ki, bu tədbirlər çərçivəsində ABŞ həm də İranda “virtual səfirlik” yaratmaq istəyir. “Baxmayaraq ki, bizim aramızda diplomatik münasibətlər yoxdur (Vaşinqton bu münasibətləri 7 aprel 1980-ci ildə pozub), ancaq mən Tehranda “virtual səfirliyin” yaradılmasını elan etməyə hazırlaşıram. Bu veb-sayt bu ilin sonuna kimi fəaliyyətə başalayacaq. İlk növbədə biz tələbələrlə əlaqələr quracağıq və onları ABŞ-da oxumağa həvəsləndirəcəyik", - deyə Amerika xarici siyasət idarəsinin rəhbəri bildirib.
Klintonun sözlərinə görə, bu “virtual səfirliyin” səhifəsində əsasən İran vətəndaşlarına Amerikaya getmək üçün viza verilməsi qaydaları və tələbə mübadiləsi proqramları yerləşdiriləcək.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed