Şrift:
Fərdin Muradpur “Traxtur” tərəfdarlarının diqqət mərkəzində
13.10.2012 [13:37] - Güney Azərbaycan xəbərləri
Tanınmış gənc azərbaycanlı fəal Fərdin Muradpur iki ildən çoxdur ki Təbriz zindanına həbs edilib.

“Traxtur” futbol takımının tərəfdarları Azərbaycan uğrundakı fəaliyyətlərinə görə fars şovinizminin təzyiqləri ilə üzləşən bütün soydaşlarımız kimi, gənc fəal Fərdin Muradpuru da unutmayıblar.

Oktyabrın 20-i Təbrizin səhənd stadionunda keçiriləcək “Traxtur-İstiqlal” müsabiqəsi məhz bu azərbaycanlı fəalın adına həsr olunub. Müsabiqədə Fərdin Muradpurun azadlığa buraxılması ilə bağlı şüarların səsləndiriləcəyi gözlənilir. Bu barədə “Traxtur” tərəfdarları Açıqlama yayıblar.

Fərdin Muradpur hazırda Təbriz zindanında aclıq aksiyası keçirir. O, oktyabrın 3-dən aclıq aksiyasına başlayıb.

Muradpur məhbus hüquqlarını tələb etdiyinə görə, zindan məsulları xüsusi ilə Rzazadə adlı birisi tərəfindən döyülüb və təhqir edilib. O, bu qeyri-insani hadisədən sonra aclıq aksiyasına başlayıb.

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu il mayın 22-i Təbrizin Elgölü parkında tutuqlanıb və sistemin əleyhinə təbliğ və ümumi asayişi pozmağa cəhd göstərməkdə günahlandırılaraq 6 il həbsə məhkum edilib. O, artıq iki ildən çoxdur həbsdədir və demək olarki məhbuslara aid bütün hüquqlardan məhrumdur.
Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed