Şrift:
İran Dövlət Teleradio Şirkətinin işçiləri və təqaüdçüləri etiraz aksiyası keçirib
12.05.2020 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Dövlət Teleradio Şirkətinin bir qrup işçisi və təqaüdçüsü qurumun binası qarşısında etiraz aksiyası keçirib.



Onlar səsləndirdikləri şüarlarda öz əməkhaqları və pensiyalarının qaldırılmasını tələb ediblər.



Etirazçılar şirkətin direktoruna ünvanladıqları məktubda ona qurumun işçi və təqaüdlərinin maaş və pensiyalarının 100% qaldırılması ilə bağlı Milli Məclisin qəbul etdiyi qanunu xatırladıblar.



Məktubda qeyd edilir ki, qanundan sonra, İzzətullah Zərğaminin quruma rəhbərlik etdiyi dövrdə ödənişlərdə 70% artım olsa da, qalan 30%-lik artım bu günə qədər reallaşmayıb.



Etiraz aksiyaları keçirilən zaman İran media orqanları Dövlət Teleradio Şirkətinin Loristan şöbəsinin direktoru Əlirza Şirəvinin həbs edildiyi barədə məlumat yayıblar. O, qurumun İlam əyalət şöbəsinin rəhbəri olan zaman külli miqdarda rüşvət alma və dövlət vəsaitlərini nəmimsəmədə ittiham edilir.
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed