Şrift:
Universitet daha bir azərbaycanlı fəalın təhsilinə maneçilik yaratdı
13.10.2012 [13:45] - Güney Azərbaycan xəbərləri
Urmu universitetinin öyrəncisi, Güney azərbaycanlı fəal Mehrdad Cəlalifərin təhsilinə maneçilik yaradılıb.

“Günəş” öyrənci dərgisinin müdir-məsulu Cəlalifər mayın 21-də Urmu Gölü ilə bağlı keçirilən etirazlara qatıldığına görə şərti olaraq bir semestr təhsildən məhrum edilib. Qərar universitetin İnzibati Komitəsi tərəfindən verilib.

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Tikantəpə şəhərinin sakinidir. O, Urmu universitetində təhsil alır və “Günəş” öyrənci dərgisinin müdir-məsuludur. O, bundan öncədə mədəni fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed