12.05.2020 [12:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Mazandaran əyalətinin Tibbi Ekspertiza İdarəsinin rəisi Əli Abbasi mayın 12-də mediaya açıqlamasında əyalətdə saxta spirtdən ölənlərin sayının artdığını bildirib.
Abbasi deyib ki, son iki ayda Mazandaran əyalətinin müxtəlif şəhərlərində saxta spirtdən zəhərlənərək ölənlərin sayı artaraq 35 nəfərə yüksəlib: “Spirtdən zəhərlənənlərdən 8-i Amolda, 6-sı Nurda, 5-i Qaimşəhrdə, qalanları isə Babol, Noşəhr və əyalətin digər şəhər və bölgələrdə həyatını itiriblər.
Ölənlərin 30-u kişi, qalanları isə qadındır. Həmçinin zəhərlənmə səbəbilə həyatını itirənlərin 18- evli, 17-si də subaydır.
Bir daha vətəndaşlara xəbərdarlıq edərək bildiririk ki, ölkədə hər hansı bir standard içki yoxdur və onların standard adı altında alıb içdiyi markalı içkilər belə, ölkə daxilində qanunsuz yollarla fəaliyyət göstərən və gizli sexlərdə hazırlanan əldəqayırma içkilərdir. Məhz buna görə də, valideynlərə tövsiyə edirik ki, öz övladlarından muğayat olsunlar və onları həmin içkiləri alıb qəbul etməkdən çəkindirsinlər” -deyə, Mazandaran əyalətinin Tibbi Ekspertiza İdarəsinin rəisi Əli Abbasi əlavə edib.
Qeyd edək ki, son iki ay ərzində İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, ən azı 800-ə yaxın insan həyatını itirib, minlərlə nəfər isə xəstəxanalara düşüb.

Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |