Şrift:
İranda dolların məzənnəsi daha 1000 tümən bahalaşaraq 17 min tüməni keçib
12.05.2020 [16:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində ABŞ dollarının məzənnəsi daha 1000 tümən bahalaşaraq 17 min 300 tümənə yüksəlib.



Yayılan məlumatlara əsasən, bu gün İranın valyuta dəyişmə məntəqələrində hər ABŞ dolları 17 min 300 tümən qarşılığında mübadilə edilib. İki gün əvvəl isə dolların qiyməti 16 min 300 tümənə yüksəlmişdi.



Bununla da, son 3 həftə ərzində İranda dolların məzənnəsi 2000 tüməndən çox bahalaşıb.



İranda dolların qiymətinin gedikcə artmasının səbəbi isə, son iki ayda koronavirusun ölkədə geniş yayılması, neft qiymətinin kəskin ucuzlaşması, eləcə də İranın valyuta və qızıl bazarlarında qiymətlərin davamlı olaraq enib-qalxması ilə əlaqələndirilir. müşahidə edilirdi.



İranın iqtisadi dairələrində dolların qiymətinin qarşıdan gələn həftələrdə daha da artacağı proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed