Şrift:
ABŞ-da koronavirusa yoluxan hər dördüncü uşaqda poliorqan çatışmazlığı inkişaf edir
13.05.2020 [10:08] - Gündəm, Sağlıq
Yeni elmi araşdırmaların nəticələrinə görə, COVID-19-un uşaqlarda ciddi xəstəliklər yarada bilməsi ehtimalı aşağı səviyyədədir. Lakin buna baxmayaraq, demək olar ki, koronavirsa yoluxmuş hər dördüncü uşaqda bir sıra orqanların funksional çatışmazlığı inkişaf edir.

ABŞ-da intensiv terapiyanın pediatriya şöbəsində koronavirusa yoluxmuş 48 uşağın vəziyyəti araşdırılandan sonra virusun ağır xəstəliklə nəticələnə biləcəyi üzə çıxıb və buna görə də onların xəstəxanaya yerləşdirilməsi lazım gəlib. Bir neçə Amerika universitetinin tibbi ekspertləri və tədqiqatçıları tərəfindən aparılmış araşdırmaların nəticələri "JAMA Pediatrics" elmi jurnalında dərc edilib.

Araşdırmaların nəticələrinə görə, böyüklərlə müqayisədə uşaqların COVID-19-dan sağalma şansı daha yüksəkdir. Bununla belə, Hyustondakı Uşaq Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan 48 uşaqdan ikisi həyatını itirib. Bazar ertəsi gününədək ABŞ-da 1,4 milyona yaxın insanda COVİD-19 virusuna yoluxma faktı qeydə alınıb. Yoluxmuş uşaqların sayı dəqiq hesablanmasa da, Çindən alınmış məlumatlar yoluxma faktlarının 2 faizinin gənc nəslə aid olduğunu göstərir.

Xatırladaq ki, Nyu-York rəsmiləri ötən həftənin sonunda üç uşağın Kavasaki sindromuna oxşar simptomlardan öldüyünü təsdiqləyiblər. Uşaqlar xəstəxanaya COVID-19 xəstəliyinə yoluxmaları təsdiqlənəndən sonra daxil olublar. Ümumiyyətlə, ştatın xəstəxanalarında bu müəmmalı xəstəlikdən 73 uşaq müalicə edilir.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed