13.10.2012 [17:33] - Gündəm, Siyasət
Ukraynada ermənini döydüyünə görə həbs olunan azərbaycanlı hərbiçimizlə bağlı araşdırma gedir. Bu sözləri oktyabrın 13-də açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
Elman Abdullayev bildirib ki, xarici ölkədə yaşayan istənilən bir Azərbaycan vətəndaşının üzləşdiyi problemlərlə diplomatlarımız məşğul olur: “Biz xaricdə olan diplomatik korpuslarımıza bu haqda hər zaman məlumat veririk. Onlar da bu işi çox uğurla həyata keçirilər. O ki, qaldı bu məsələyə, hazırda araşdırma gedir. Bu haqda Ukraynada olan diplomatik korpuslarımıza xəbər vermişik. Yəqin qısa zaman ərzində bizə tam məlumat veriləcək”.
Xatırladaq ki, bir neçə gün bundan öncə Ukraynanın Odessa şəhərində hərbi dənizçilik məktəbində təhsil alan Cəlilabad rayon sakini, Mirzəyev Rəşid Rafiq oğlu həbs olunub. Buna səbəb onun təhsil aldığı hərbi dənizçilik məktəbində Ermənistan vətəndaşı K.Q. Kadeçyanla aralarında yaranmış münaqişə və erməni zabiti ilə dalaşması olub.
Ermənistan vətəndaşı 35 yaşlı Kadeçyanın dövlətçiliyimiz, şəhidlərimiz və Ramil Səfərov haqqında nalayiq ifadələr işlətməsi münaqişənin baş verməsinə səbəb olub. Təhqirlərə dözməyən Rəşid ilə erməni zabiti arasında əlbəyaxa dava olub. Nəticədə xəstəxanaya yerləşdirilən Kadeçyanın xəsarətləri yüngül olsa belə, o, polisə ərizə ilə müraciət edib.
Rəşidin yaxınlarının verdiyi məlumata görə, hər gün polis idarəsinə baş çəkən bir qurup erməni onun həbs olunmasını qətiyyətlə tələb edir. Artıq yaxın günlərdə faktla bağlı məhkəmənin təyin olunacağı və Azərbaycan vətəndaşına hökm oxunacağı gözlənir.

Bu xəbər oxucular tərəfindən 1504 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |