Şrift:
Dağlıq rayonlarda dolu düşəcəyi gözlənilir
13.05.2020 [14:17] - Gündəm, Bildiriş
Azərbaycanda mayın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15°, gündüz 18-21° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər .

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq rayonlarda dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 23-28° isti, dağlarda gecə 4-9°, gündüz 13-18° isti olacağı ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed