Şrift:
Milli fəal Yunis Qulizadə 3 ay həbs cəzasına məhkum edilib
13.05.2020 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini olan Yunis Qulizadə (Araz) məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilib.





Təbrizin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi Qulizadəni “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbs cəzasına məhkum edib.





Qulizadə daha öncə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “milli təhlükəsizliyi pozmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.





O, 2019-ci il aprelin 24-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Fəta (interneti kontrol edən polis) təcridxanasına aparılmışdı.





Qulizadə saxlanıldıqdan bir gün sonra 50 milyon tümən dəyərində mülki vəsiqə girov qoyaraq müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Bu xəbər oxucular tərəfindən 299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed