Şrift:
Xuzistanın 9 şəhərində əhalinin sərbəst hərəkətinə məhdudiyyətlər qoyulub
13.05.2020 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Xuzistan əyalətinin valisi Qulamrza Şəriəti mayın 13-də mediaya açıqlamasında əyalətdə koronavirusla bağlı vəziyyətin daha böhranlı hala çatmasından danışıb.



Şəriəti deyib ki, son günlər əyalətdə koronavirusa yoluxma hallarının artması ilə bağlı qırmızı vəziyyət həddinə çatan şəhərlərin sayı 9-a çatıb: “Bunun səbəbi isə əyalətdə xəstəliklə bağlı götürülən testlərin sayının artması, vətəndaşların sosial məsafəyə riayət etməməsi və karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra insanların bəzi tapşırıq və tövsiyələrə əməl etməməsi ilə əlaqədardır.



Bundan başqa, Xuzistanda “Covid-19” infeksiyasının yayılmasına görə qırmızı vəziyyət həddinə çatan şəhərlərin sayı 9-a yüksəlib. Belə ki, hazırda Əhvaz, Həmidiyyə, Karun, Bavi, Məscid Süleyman, Dezful, Şuştər, Hendican və s. şəhərlərdə insanların gəliş-gedişinə və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə məhdudiyyətlər qoyulub” -deyə, Xuzistan valisi Qulamrza Şəriəti, əyalətdə koronavirus təhlükəsi ilə bağlı mediaya açıqlamasında bəyan edib
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed