Şrift:
İranın Fars əyaləti çəyirtkələrin hücumuna məruz qalıb
13.05.2020 [15:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Fars əyaləti böyük miqdarda çəyirtkə sürülərinin hücumuna məruz qalıb.



Yerli Kənd Təsərrüfatı İdarəsinin yaydığı məlumata əsasən, çəyirtkələr günəbaxan tarlaları, sitrus meyvələr bağları və digər bu kimi təsərrüfatlara ciddi zərər vurublar.



Məlumatda qeyd edilir ki, bu dəfə çəyirtkələrin sayı daha öncəki hücumlardakından dəfələrlə çox olub.



İdarə hazırda əyalətin minlərlə hektar ərazisini çəyirtkələrin basdığını qeyd edib.



Məlumatda həmçinin bildirilir ki, ziyanvericilərin qarşısını almaq üçün dərman səpmə kimi mübarizə tədbirləri görülsə də, bu, çəyirtkələrin qarşısını almaq üçün yetərli olmayıb.
Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed