13.05.2020 [19:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərinin şura üzvü, Firidun Babai Əqdəm bu səhərin kənar məhəllələrində yaşayan insanların Zəlzələ və torpaq sürüşməsi təhlükəsi ilə üz-üzə olduqlarını bildirib.
Təbriz Şəhər Şurasının Memarlıq və Şəhərsalma Komissiyasının sədri kənar məhəllələrin güclü zəlzələ baş vermə təhlükəsi olan ərazilərdə salındığını qeyd edərək əlavə edib ki, Təbrizin ətrafında 2 min 500 hektarlıq sahədə kənar məhəllələr formalaşıb.
O, bu məhəllələrin 50 hektarının təhlükəli zonalarda salındığını, boşaldılmasının zəruri olduğunu vurğulayıb.
Babai Əqdəm torpaq sürüşməsinin də həmin məhəllələr üçün ciddi təhlükə olduğunu deyib.
Şura üzvünün sözlərinə görə, keçən il cüzi yağıntı nəticəsində baş verən torpaq sürüşməsində Təbrizin məhəllələrinin birində altı ev xəsarət almışdı.
Hazırda torpaq sürüşməsi və zəlzələ təhlükəsi ilə üz-üzə olan Təbrizin kənar məhəllələrində 500 min nəfərdən çox əhali yaşadığını deyən Babai Əqdəm İran hökumətinin məsələyə laqeyd yanaşmasını tənqid edib.
“Bir çox inkişaf etməkdə olan ölkədə kənar məhəllələrin formalaşması dövlət üçün ciddi narahatlıq doğurur, lakin, təəssüf ki, İranda belə deyil və ölkədə kənar məhəllələrdə yaşayanların sayı gün keçdikcə artır” – deyə o əlavə edib.

Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |