27.10.2011 [13:55] - Gündəm
Dövlət katibi Klinton:"ABŞ İran xalqı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə çalışır"
ABŞ Dövlət katibi Hillari Klinton Amerikanın səsinə müsahibə zamanı deyib ki, o, İranda diktatura olduğunu düşünür. Xanım Klinton bildirib ki, Birləşmiş Ştatlar iranlıları onların azadlıq istəklərinin tamamilə legitim olduğuna əmin etmək istəyir.
ABŞ Dövlət katibi Amerikanın fars xidməti PNN-nin Parazit proqramı üçün müsahibədə İran xalqına birbaşa müraciət edib. O deyib ki, Birləşmiş Ştatlar bu ilin sonuna qədər “Tehranda virtual səfirlik” açacağına ümid bəsləyir. Dövlət katibinin sözlərinə görə, Amerika iranlılarla münasibətlərin yaxşılaşdırılmasını istəyir və iranlı tələbələri Birləşmiş Ştatlarda təhsil almağa təşviq edir. O bildirib ki, Vaşinqton İranın internet kommunikasiyaları üzərində qoyduğu əngəlləri aradan qaldırmaq üçün iranlılara imkanların verilməsi yollarını axtarır.
ABŞ Dövlət katibi BMT-nin İrana qarşı sanksiyalarının rejimə təzyiq göstərərək, onun davranışını dəyişmək məqsədilə tətbiq edildiyini deyib. “İran hökumətinin nüvə silahı proqramı üzərində işlədiyi tamamilə aydındır. Sanksiyalar zəruri idi. Lakin bu, İran xalqını əziyyətlərə düçar etmək demək deyil”-deyə, o bildirib. Xanım Klinton beynəlxalq ictimaiyyətin İranla nüvə proqramı ətrafında müzakirə apardığını əlavə edib.
Müsahibə zamanı dövlət katibi Klinton İranın Amerikada Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd cəhdinə dair ciddi dəlillərin olduğunu deyib. Onun sözlərinə görə, Vaşinqton İranın Qüds elit hərbi qüvvələrinin üzvü olan iki şübhəli şəxsi təhvil verəcəyinə ümid bəsləyir. O əlavə edib ki, Birləşmiş Ştatlar İranın İnqilab Keşikçilərinin ölkədə müəyyən iqtisadi müəssisələri ələ keçirməsi kimi tendensiyanı müşahidə edərək, bunu onun sözlərilə, İranın hərbi çevriliş yoluna sürüklənməsi kimi qiymətləndirir.
DİNİ KOMİTƏDƏN İRANLI AYƏTULLAHA CAVAB: “AZƏRBAYCANDA İSLAMAFOBİYA OLMAYIB, OLA DA BİLMƏZ”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov iranlı ayətullah Nasir Məkarim Şiraziyə cavab verib. Ötən həftə Qumda açıqlama verən Şirazi Azərbaycan Respublikasında dini durumun ağır olduğunu bəyan etmişdi: “Azərbaycan Respublikası hökuməti məscidləri dağıdır və insanlara hücum edir. Son zamanlar məktəblilər və dövlət işçilərinin məscidlərə buraxılmaması haqda göstəriş verilib. Azərbaycanın imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək və bir gün onların yaxasından yapışaraq qüdrət taxtından yerə salacaq”.
Gündüz İsmayılovun fikrincə, Şirazinin Azərbaycanda dini durumla bağlı fikirləri əsassız və qərəzlidir: “Din xadimi adına yaraşmayan və böhtan xarakterli bu cür fikirlərin altında hansı məkrli niyyətlərin dayandığını müəyyən etmək çətin deyil. Çünki bu şəxsin və onun kimilərinin həqiqəti məqsədli şəkildə təhrif edərək Azərbaycanla bağlı böhtanlar yayması və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir.
Azərbaycanda heç vaxt islamafobiya olmayıb və ola da bilməz. Eyni zamanda məscidlərin dağıdıldığını və insanların ibadət evlərinə getməsinə qadağa qoyulduğunu iddia etmək absurddur. Görünür, bu şəxs adına və tituluna yaraşmayan, amma yerinə yetirməyə borclu olduğu “vəzifə”ni yalan və böhtanla da olsa icra etməyə çalışır”.
Komitə sədrinin müavini əlavə edib ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur: “Bu ona görədir ki, din siyasiləşməsin, müqəddəsliyini, azadlığını və paklığını qoruyub saxlasın. Eyni zamanda heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir”.
ƏHMƏDİNEJAD MÜXALİFƏTİ HƏDƏLƏDİ: “VAXTI ÇATANDA XALQ MÜXALİFLƏRİMİ İKİ SANİYƏDƏ ORTADAN GÖTÜRƏCƏK”
İranın Cənubi Xorasan əyalətinin mərkəzi Bircənd şəhərinə səfər edən prezident Mahmud Əhmədinejad oktyabrın 25-də əhali qarşısında danışıb.
O, bildirib ki, hakimiyyət daxilindəki bəzi müxalifləri istər-istəməz düşmənə qulluq göstərir: “Bəzi şəxslər işlərin yaxşı getməsinə yardım göstərmək əvəzinə ardıcıl bəhanələr yaradır, hökumətə və ölkəyə hücum çəkirlər. Onlar onu-bunu günahlandıraraq daima daş atır, işlərin icra olunmasına mane olurlar. Mən və həmkarlarım İranın quruculuğu uğrundakı fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq. Allaha and olsun ki, düşmənlər göydən daş və güllə yağdırsalar da, xalqa nökərçilikdən və ölkəyə qulluq etməkdən əl çəkməyəcəyik.
Müxaliflərimə bildirirəm ki, sizin mənimlə probleminiz var. Lakin xalqla probleminiz olmamalıdır. Ürəyiniz nə istəyir, bizə qarşı danışırsınız. Biz cavab vermirik. Ancaq bilin ki, bu xalq ayıqdır və vaxtı çatanda müxaliflərimi və ölkənin inkişafına mane olmaq istəyən hər kəsi iki saniyədə ortadan götürəcək”.
AKTRİSA AZADLIĞA BURAXILIB
İranda tanınmış kinorejissor Nasir Təqvainin həyat yoldaşı Mərziyə Vəfamehr azadlığa buraxılıb.
Tehran məhkəməsi bu ilin iyul ayında tutulub həbsə salınan Mərziyə Vəfamehri mühacirətdə yaşayan kinorejissor Qranaz Musəvinin “Mənim Tehranım satışda” adlı filmində baş rol oynamaqda, həmin filmin bəzi səhnələrində başıaçıq gəzməkdə və İranda qadağan olunmuş bu filmin ölkədə gizli şəkildə yayılmasında iştirakda günahlandıraraq 1 illik həbsə və 90 şallaq zərbəsinə məhkum etmişdi.
Mərziyə Vəfamehrinin oktyabrın 24-də hansı şərtlərlə azadlığa buraxıldığı hələlik bilinmir
Güney Azərbaycan milli hərəkat fəalı İslam Əkbərku həbs olunub
Güney Azərbaycan milli hərəkatlndan daxil olan məlumata əsasən 26.10.2011-ci il tarixində Xoy şəhərinin təhlükəsizlik məmurları milli hərəkat fəalı İslam Əkbrlu-nu işyərində həbs edərək naməlum istiqamətə aparıblar.
Xatırladaq ki İslam və qardaşı Arman Ələkbərlu Mərhum milli hərəkat fəalı İbrahim Cəfərzadənin dəfin mərasimində də ETTELAAT məmurları tərəfindən sorğu suala tutulmuş və təhdid olunmuşdur.Təhlükəsizlik məmurları soydaşımızın iş yerindən ona məxsus olan kopiyoter və şəxsi əşyalarıda aparıblar.İslam Əliəkbərlu 2003-ci ildə Babək qalasına kütləvi yürüşdə və 2006-ci ildə may hadisələri zamanıda həbs olunaraq uzun müddət ağır işkəncə və təziqlərə məruz qalıb.
TƏBRİZLİ DEPUTAT DİNC MÜXALİFLƏRƏ QARŞI RƏFTARDAN GİLEYLƏNİB
İran parlamentinin Təbriz, Üskü və Azərşəhrdən seçilən deputatı Şükür Əkbərnejad oktyabrın 26-da fərqli əqidə və baxışlarına görə həbsə salınan siyasi məhbuslara qarşı rəftardan gileylənib.
parlamentdə çıxış edən Şükür Əkbərnejad deyib: “Bütün problemlərin yeganə həll yolu qanunları hərtərəfli icra etmək, konstitusiyanın bütün maddələrinə və xalqın hüquqlarına riayət etməkdir. Ölkə konstitusiyasına görə, dövlət radio və televiziyası söz azadlığına riayət etməli, bütün düşüncələrə yer verməlidir. Lakin indi bu media qurumlarının müxtəlif və fərqli baxışlara önəm verməsi haqdakı iddiaya kim inanar?”.
Şükür Əkbər Nejad dolayı yolla İran müxalifətinin ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb edib: “Gəlin müxtəlif məsələlərdə inhisarçılıqdan və ifratçılıqdan əl çəkək və bizdən fərqli əqidə və düşüncə sahibi olanların həbsinə və ev dustaqlığına son qoymaqla xalqın sevincini bayram edək”.

Bu xəbər oxucular tərəfindən 1520 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |