14.05.2020 [11:13] - Xəbərlər, İdman
Formula 2 və Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb.
“Autosport” saytı xəbər verir ki, ilkin təqvimə əsasən, 2 ölkədə iki Qran-Prinin təşkil olunması nəzərdə tutulub.
Mövsümə iyulun 4-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 11-12-də ev sahibliyi edəcək. Böyük Britaniya iyulun 25-26-da və avqustun 1-2-də yürüşləri qəbul edəcək. Avqustun 8-9-da yarışın İspaniya və ya Almaniyada keçirilməsi planlaşdırılır. Daha sonra yarışlara avqustun 22-23-də Macarıstan, 29-30-da Belçika, sentyabrın 5-6-da isə İtaliya ev sahibliyi edəcək.
Azərbaycan yalnız Formula 2 yarışlarını qəbul edəcək. Belə ki, yürüş sentyabrın 19-20-də Bakı şəhər halqasında baş tutacaq. Rusiyada da yalnız Formula 2 yarışları təşkil olunacaq (26-27 sentyabr). Mövsümə dekabrın 5-6-da keçiriləcək Bəhreyn və ayın 12-13-də baş tutacaq Əbu-Dabi mərhələləri ilə yekun vurulacaq.

Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |