14.05.2020 [15:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Rusiyadakı səfiri Kazım Cəlali bəzi ölkələrin İrandan silah almaq istədiklərini iddia edib.
O, Rusiyanın "RIA Novosti" xəbər agentliyinə verdiyi müsahibədə həmin ölkələrin bu istiqamətdə rəsmi Tehrana müraciət və təkliflər etdiklərini deyib. Lakin səfir Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi silah embarqosu səbəbindən ölkəsinin həmin ölkələrə hərbi ləvazimatlar sata bilmədiyini bildirib.
Kazım Cəlali həmin ölkələrə silah satışının sözügedən embarqonun sona çatmasından sonra baş tutacağını iddia edib.
Lakin diplomat jurnalistin İrandan silah almaq istəyən ölkələrin adları və silahların növləri barədə sual soruşsa da, o, bu sualı cavabsız qoyub.
Qeyd etmək lazımdır ki, TŞ-nın İrana qarşı silah embarqosunu əhatə edən 2231 saylı qətnaməsinin qüvvədə olma müddəti bu ilin oktyabr ayında sona çatır. Amerika Birləşmiş Ştatları hazırda qətnamənin uzadılması üçün diplomatik təlaşlar göstərir.

Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |