14.05.2020 [15:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçən il (mart 2019-2020) Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində narkotik maddə istifadəsi nəticəsində 124 nəfər canını itirib.
Bu barədə, Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərdməlumat verib.
Səfayifərd bildirib ki, öncəki il ilə müqayisədə narkotik maddə qurbanların 33 faiz artdığı müşahidə olunur.
O əlavə edib ki, ötən il (İranda yeni təqvim ili martın 21-dən başlayır) Şərqi Azərbaycanda narkotik maddə qəbulu nəticəsində 118 kişi, 6 qadın həyatını itirib. Halbuki, bu rəqəm bir öncəki il 2-i qadın olmaqla 93 nəfər olub.
Onun sözlərinə görə, təkcə İsfənd ayı (21 fevral – 21 mart) ərzində qeyd edilən səbəbdən 12 nəfər həyatını itirib. Ötən il isə eyni ayda doqquz nəfər narkotikdən dünyasını dəyişmişdi.
Xatırladaq ki, İrandan narkotik maddələrin dövriyyəsi ən gəlirli ticarət sahələrindən biri hesab olunur. Narkotiklərlə Mübarizə İdarəsi bildirir ki, ölkədə dövlətin qarşısını almaqdan boyun qaçırdığı narkotik mafiyaları mövcuddur və onları bu ağ ölümü rahat şəkildə İranın hər bir tərəfinə paylayırlar.
Mediaya sızan bir videoda keçmiş “Sepah” komandanı, hazırda isə Ali Məsləhət Şurasının katibi olan Möhsün Rzayi də ölkə rəsmilərinin yüksək gəlir gətirən narkotik ticarətində əli olduğunu etiraf edir. O, həmin videoda bildirir ki, ölkəyə qaçaq yolla gətirilən narkotikin hansı sərhəddən keçirildiyi məlum olsa da, dövlət rəsmiləri bunun qarşısını almırlar. Bu isə göstərir ki, onların özünün də bu işdə əlləri var.

Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |