14.05.2020 [15:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son bir gün ərzində daha 71 xəstənin həyatını itirməsi ilə koronavirusdan ölənlərin sayı 6854 nəfərə yüksəlib.
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 14-də mediaya açıqlamasında deyib ki, ötən bir gün ərzində ölkədə daha 1808 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib: “Bununla da dünən günorta saatlarından indiyə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6854 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 114 min 533 nəfərə çatıb.
Xoşbəxtlikdən həmin müddət ərzində xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq 90 min 539 nəfərə yüksəlib.
Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxanlardan 2758 nəfərinin durumu ağırdır və bu xəstələr xüsusi rejimli xəstəxanalarda saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur pandemiya qurbanlarının yeni statistikanı açıqlayarkən bəyan edib.
Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6854 nəfərə, yoluxanların sayının isə 114533 nəfərə yüksəldiyini iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 43000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |