15.05.2020 [09:59] - Xəbərlər, İdman
Formula 1 yürüşünün 70 yaşı tamam olur. Çempionatın rəsmi saytı 1950-ci il mayın 13-də Silverstounda keçirilmiş ilk yürüşü xatırlayır.
Yürüş iki ad altında keçirilib
İnanılmaz olsa da, faktdır: Formula 1 tarixində ilk Qran-Prinin iki statusu olub. Yürüşün rəsmi adı Avropa Qran-Prisi olub. O illərdə yürüşə belə stasus vermək normal və fəxri praktika hesab edilirdi. Lakin yürüş Böyük Britaniya ərazisində, Kral ailəsinin iştirakı ilə keçirildiyinə görə ona Böyük Britaniya Qran-Prisi adı da verilir.
"Woodcote" Silverstoun trasında ilk döngə olub
"Woodcote" 1952-ci ildən 2011-ci ilədək müddətdə Silverstoun yürüşünün son döngəsi hesab edilsə də, 1950-ci ildə yürüşün birinci döngəsi olub. Buna görə də bu döngəni Formula 1 tarixində ilk döngə adlandırmaq olar.
"Woodcote"ın ardınca "Copse", "Maggots", "Becketts", "Chapel", "Stowe", "Club" və "Abbey" döngələri gəlir.
Yürüşdə Kral ailəsi iştirak edib
Yürüş günü Silverstoun avtodromuna 120 min tamaşaçı toplaşıb. Amma ən fəxri qonaqlar Böyük Britaniya Kralı VI Georq, kraliçə Elizabet və şahzadə Marqaret idi.
Yürüşdə Tailand şahzadəsi və İsveç baronu iştirak ediblər
Silverstoun startındakı 21 pilot arasında Tailandın vəliəhd şahzadəsi, daha çox şahzadə Bira kimi tanınan Birabonqze Banudey Banuband və İsveç baronu Tulo de Qraffenrid kimi şəxsiyyətlər də olub.
Aleks Albona (2019-cu il) qədər Tailandın yeganə pilotu sayılan şahzədə Bira yanacaq bitdiyinə görə Silverstoun yürüşündə finişə çata bilməyib. De Qraffenridi isə mühərrik pis vəziyyətdə qoyub.
Yürüşə üç "fa" sürət verib
1950-ci ildə "Alfa Romeo 158" avtomobilinin artıq 13 yaşı vardı. Lakin bu maşın 350 at gücündə 1,5 litrlik V8 motoru sayəsində öz sinfində ən yaxşı avtomobil hesab edilirdi. Buna görə də İtaliya markasının Luici Facioli, Cüzeppe Farina və Xuan-Manuel Fanxiodan ibarət üç "Fa" adlandırılan pilotlar triosu öz rəqiblərinə asanlıqla qalib gəlir. Onlar təsnifatda ilk üç yeri tutur və hətta komanda yoldaşları Rec Parnelə bir saniyə qazandırırlar.
İki saatdan çox sürən 70 dövrə ərzində "Alfa Romeo"nun üç aparıcı pilotu arasında bir neçə dəfə yerdəyişmə baş verir. Nəticədə Faciolini 2,6 saniyə qabaqlayan Farina qalib gəlir. Üçüncü Parnel finiş edir. Fanxio işlənmiş qaz borusunun sınması səbəbindən yürüşdən çıxır. Deyilənə görə, o, borunu "Stowe" döngəsindəki küləş tayı ilə toqquşan zaman zədələyir.
İlk yürüşdə də trasda heyvansız ötüşməyib
Demək olar, hər bir Formula 1 mövsümündə bir və ya bir neçə trasda pilotların qarşısına gözlənilmədən yerli faunanın nümayəndələri – qunduzlar, qağayılar, bayquşlar və hətta çöl kərtənkələləri çıxır. 1950-ci ildə keçirilmiş Silverstoun yürüşü də istisna olmayıb. Burada trasa dovşan çıxıb. Manevr edə bilməyən Parnel bədbəxt heyvanı vurub. Britaniyalı finişə avtomobilinin kapotu əzilmiş halda çatıb.
Pilotların orta yaş həddi 39 yaşdır
Avropa/Böyük Britaniya Qran-Prisinin üç iştirakçısının yaşı 50-dən yuxarı olub: Luici Facioli 51, Lui Şiron 50, Filip Etanselen 53 yaşında olub. Beş pilotun yaşı 40-ı ötüb, o cümlədən yürüşün qalibi Cüzeppe Farina 43 yaşında olub. Yürüşün ən gənc pilotu, britaniyalı Cef Krosslinin isə 29 yaşı olub.
Cazmen finişə 11-ci çatdı
1950-ci ildə Silverstounda starta cazmen çıxıb və bu, zarafat deyil.
Belçika pasportlu ingilis Conni Klez sonuncudan əvvəlki yerdə olan pilota bir saniyə uduzaraq finişə sonuncu gəlib. Qalibdən altı dövrə geri qalab cazmen sonuncu yerdə olsa da, halda finişə gəlib çıxa bilib.
BRM-in uğursuz debütü
BRM şirkətinin banisi Raymond Meysin idarə etdiyi avtomobil startqabağı bir neçə nümunəvi dövrədən sonra qırılıb. "Type 15"in Formula 1 yürüşündə debütü bir il sonra elə Silverstounda baş tutub.
Dəstək yürüşündə az qala Stirlinq Moss qalib gəlib
"500cc" dəstək yürüşünün başlıca qəhrəmanlarından biri 20 yaşlı Stirlinq Moss idi. Gələcəkdə Formula 1 çempionu adına dəfələrlə namizəd olan bu pilot son döngəyə qədər qələbə uğrunda mübarizə aparıb, lakin onun "Cooper-JAP" avtomobilinin mühərriki silindr sıradan çıxdığına görə son anda işləməyib. Odur ki, Moss ikinci yerlə kifayətlənməli olub.

Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |