Şrift:
Yaponiyada koronavirusa qarşı anticisimin kütləvi testləri keçiriləcək
15.05.2020 [10:09] - Gündəm, Sağlıq
Yaponiya hökuməti gələn ay təqribən 10 min nəfərdə koroanvirusa qarşı anticisimin mövcudluğunu təyin etmək məqsədilə kütləvi testlər keçirəcək.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat naziri Katsunobu Kato məlumat verib.

“Biz 10 min yerli sakində koronavirusa qarşı anticisimin mövcudluğunu təyin etmək üçün testlər edəcəyik”, - deyə nazir bildirib.

Son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 16800 nəfəri ötüb. Onlardan 720-dən çoxu ölüb. Həmçinin, 9 mindən çox xəstənin sağalaraq xəstəxanaları tərk etdiyi qeyd edilir. Bununla yanaşı, təqribən 250 nəfərin vəziyyətinin ağır olduğu da bildirilir.

Xatırladaq ki, Yaponiya hökuməti aprelin 8-də Tokio da daxil olmaqla səkkiz prefekturada fövqəladə vəziyyət rejimi tətbiq edib. Aprelin 16-dan mayın 31-dək bu vəziyyət bütün ölkə ərazisinə şamil olunub.

Lakin, mütəxəssislərin rəyi nəzərə alınaraq hökumət mayın 15-dən 47 prefekturadan 39-da fövqəladə vəziyyət rejimini aradan qaldırıb. Onun ən azı mayın 21-dək Tokio, Kanaqava, Saytama, Çiba, Hyoqo, Kioto, Osaka və Hokkaydo prefekturalarında saxlanacağı bildirilir. Həmin səkkiz prefekturada Yaponiya əhalisinin təxminən 60 milyonu yaşayır.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed