15.05.2020 [10:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil əyalətində koronavirus infeksiyasına yoluxanların sayı 1997 nəfərə çatıb.
Ərdəbil əyalətinin Koronavirusa Qarşı Mübarizə Qərargahının verdiyi məlumata görə, əyalətdə son 24 saatda 30 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.
Ötən gün daha iki nəfərin infeksiyadan öldüyünü bildirən qərargah, xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib.
Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində də son 24 saatda 69 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 3505 nəfərə çatdığını bildirib. Ağazadənin sözlərinə görə, xəstəliyə yoluxanlardan 1563 nəfər tam sağalaraq evlərinə göndərilib.
Ağazadə infeksiyadan ölənlərin sayının 187 nəfərə çatdığını deyib.
Güney Azərbaycanın Zəncan əyalətində də rəsmi açıqlamalara görə, koronavirus infeksiyasına yoluxanların sayı 1077 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha dörd nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 115 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 892 nəfərinin tam sağaldığını bildirib.
Güney Azərbaycanın Şərqi Azərbaycan, Həmədan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |