15.10.2012 [12:13] - Gündəm, Borçalı
Bütöv Azərbaycan Ocaqları (BAO) Gürcüstanda hakimiyyət dəyişikliyinin orada yaşayan Azərbaycan türklərinə təsiri mövzusunda dəyirmi masa keçirib.
Davam.Az-ın verdiyi xəbərə görə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnistutunun ofisində baş tutan dəyirmi masanı giriş sözü ilə açan BAO-nun başqanı Zahir Əlisoy Gürcüstanda müxtəlif hakimiyyətlər dövründə parlamentdə təmsil olunan azərbaycanlı millət vəkillərinin sayı və siyasi baxışları barədə məlumat verdi. O qeyd etdi ki, hazırda iki nəfər “Gürcü Arzusu” blokundan, bir nəfər isə “Milli hərəkat”dan olmaqla, Gürcüstan parlamentində 3 azərbaycanlı deputat təmsil olunur. Daha sonra ümumi vəziyyət barədə məlumat verən Ənvər Böyüksoy seçkilərdən öncə Bidzina İvanaşvili ilə görüşdüyünü və orada yaşayan Azərbaycan türklərinin problemləri haqqında ona məlumat verdiyini qeyd edib.
Tədbirdə çıxış edən – Firudin Cəlilov, İbrahim İbrahimli, Seymur Həsənli, Ramin Hacılı və digərləri Gürcüstanda yaşayan Azərbaycanlıların problemlərinin həll edilməsi istiqamətində təkliflər irəli sürdülər.
Dəyirmi masada sonda qərar alındı ki, bu təkliflərlə bağlı B. İvanaşviliyə müraciət edilsin.

Bu xəbər oxucular tərəfindən 1611 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |